Xəzər Xəbər

Ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə acizdir

Gündəm | 19:54 • 30 Sentyabr 2020
Ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə acizdir

Ermənistanın birinci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Conaşendə yerləşən 7-ci dağadıcı alayının ikinci taborunun şəxsi heyyəti ağır itkilərə məruz qalaraq öz mövqelərini özbaşına tərk edərək qaçıb və həmin diviziyanın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağatıcı alayının qərargahına zərbərlər endirilib.


Müdafiə Nazirliyindən bildirilib ki, hazırda cəbhənin Ağdərə, Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam etdirilir.


Canlı qüvvə və döyüş texnikası baxımından ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə aciz qalıb.

Xəbər lenti