Xəzər Xəbər

MN: Düşmən Goranboyu atəşə tutub

Gündəm | 19:21 • 28 Sentyabr 2020
MN:

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub.


XəzərXəbər-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik bildirib.


Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib: "Kənd sakinləri arasında itki yoxdur".


V. Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti