Xəzər Xəbər

Putinin sözçüsü: "Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır"

Gündəm | 14:52 • 28 Sentyabr 2020
Putinin sözçüsü:

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığının olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.


"Report” xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti” yayıb.


"Lazım gələrsə, əlbəttə ki, bu danışıq olacaq. Ancaq bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır", - D.Peskov bildirib.


Xəbər lenti