Xəzər Xəbər

Çin hökuməti tərəfləri Dağlıq Qarabağda gərginliyi azaltmağa çağırır

Gündəm | 14:08 • 28 Sentyabr 2020
Çin hökuməti tərəfləri Dağlıq Qarabağda gərginliyi azaltmağa çağırır

Çin hökuməti Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağda gərginliyi tezliklə azaltmağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırır.


Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinq zamanı deyib.


Onun sözlərinə görə, Çin hesab edir ki, regionda sülh və sabitlik bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verir:



"Ümid edirik ki, müvafiq tərəflər təmkinli davranacaq və gərginliyin daha da artmasından qaçmağa çalışacaq. Həmçinin ümid edirik ki, onlar fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcək”.

Xəbər lenti