Xəzər Xəbər

Nazirlikdən düşmənin itkiləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Gündəm | 12:44 • 28 Sentyabr 2020
Nazirlikdən düşmənin itkiləri ilə bağlı

"Ermənistan tərəfinin Azərbaycan ordusu ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir”.


Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.


O qeyd edib ki, artıq Talış kəndi ətrafında bir neçə strateji yüksəklik işğalçı qüvvələrdən təmizlənib:


"Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi, verdiyi itkiləri gizlədir. Kəşfiyyat qrupumuzun əldə etdiyi məlumata əsasən, 24 tank və hərbi texnikası, səkkiz artilleriya qurğusu, 18 PUA, 15 zenit-raket kompleksi (OSA) məhv edilib, 550 nəfərdən artıq itkisi var. Düşmənin itkiləri arasındakı bəzi cəsədlərin Suriyadan gətirilənlərə aid olduğu aşkar edilib”.


O qeyd edib ki, bu gün Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

Xəbər lenti