Xəzər Xəbər

Ermənilərin atəşi nəticəsində Tərtərdə yaşayış binaları dağılıb - FOTOLAR

Gündəm | 11:37 • 28 Sentyabr 2020
 Ermənilərin atəşi nəticəsində Tərtərdə yaşayış binaları dağılıb  -

Məlum olduğu kimi 28 Sentyabr 2020-ci il tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. 


Xezerxeber.az-ın məlumata görə, düşmən qüvvələri şəhərin yaşayış binalarını, mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır.


Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.


Xezerxeber.az düşmən tərəfinin Tərtər şəhərində evlərə vurduğu ziyanının fotolarını təqdim edir:






Xəbər lenti