Xəzər Xəbər

Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

Gündəm | 09:00 • 28 Sentyabr 2020
Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağdamünaqişənindaha dakəskinləşməsinə görəağır xəstələrinqəbulunudayandırıb.

Bu barədə "Report” respublikanın Səhiyyə Nazirliyinin sayt ına istinadən xəbər verir.

Qeyd edək ki, müvafiq əmri "Hərbi vəziyyətin hüquqi rejimi Haqqında" qanuna əsasən səhiyyə naziri Arsen Torosyan imzalayıb.

Qeyd edilir ki, xəstəxanalar stasionar yardımla bağlı müraciət edən vətəndaşlara tibbi yardım göstərməyəcəklər. Səhiyyə Nazirliyində vurğulayıblar ki, hazırda stasionar tibbi yardım alan xəstələr ambulator müalicədən sonra evə buraxılacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Müdafiə NazirliyiErmənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qalması barədə məlumat yayıb.Məlumata görə,düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd "OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.

Xəbər lenti