Xəzər Xəbər

Aİ Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırıb

Gündəm | 16:47 • 27 Sentyabr 2020
Aİ Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırıb

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin bəyanatında deyilir.


Bəyanatda həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanır.

Xəbər lenti