Xəzər Xəbər

Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub

Gündəm | 13:58 • 27 Sentyabr 2020
Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.


Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.


S. Lavrov təmas xəttində davam edən genişmiqyaslı hərbi əməliyyatlarla, ölənlər və yaralılar haqqında daxil olan məlumatlarla bağlı narahatlığını ifadə edib.


Tezliklə atəşin dayandırılmasının vacibliyi vurğulanıb.


Qeyd olunub ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vəziyyətin sabitləşməsinə istiqamətlənən vasitəçi səylərinə davam edəcək.


Rusiya XİN-dən o da bildirilib ki, S. Lavrovun Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışığına hazırlıq gedir.

Xəbər lenti