Xəzər Xəbər

Sabahın hava proqnozu

Gündəm | 11:34 • 27 Sentyabr 2020
Sabahın hava proqnozu

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 22-24, Bakıda gecə 17-19, gündüz 2-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.


Sentyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 24-28, dağlarda gecə 6-11, gündüz 15-17 dərəcə isti olacaq.

Xəbər lenti