Xəzər Xəbər

Prezident İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verib

Gündəm | 15:03 • 26 Sentyabr 2020
Prezident İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verib

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

XəzərXəbər-in məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Xəbər lenti