Xəzər Xəbər

Azərbaycan daha bir ölkədə səfirlik açır

Gündəm | 13:25 • 25 Sentyabr 2020
Azərbaycan daha bir ölkədə səfirlik açır

Azərbaycanın Kuba Respublikasında səfirliyinin açılması gözlənilir.


Bununla bağlı məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Deputatlar Azərbaycan Respublikasının Kuba Respublikasında - Havana şəhərində - səfirliyinin təsis edilməsi haqqında qanunun layihəsini müzakirə edəcəklər.

Xəbər lenti