Xəzər Xəbər

Azərbaycanda daha 162 yeni yoluxma faktı qeydə alındı

Gündəm | 15:41 • 24 Sentyabr 2020
Azərbaycanda daha 162 yeni yoluxma faktı qeydə alındı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 162 nəfər sağalıb, 133 yoluxma faktı qeydə alınıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 39 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1 850 olub.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 618, bu günə qədər isə ümumilikdə 1 080 873 test icra olunub.

Xəbər lenti