Xəzər Xəbər

Zalkaliani: “Azərbaycanın Gürcüstanı dəstəkləməsini yüksək qiymətləndiririk”

Gündəm | 13:48 • 24 Sentyabr 2020
Zalkaliani: “Azərbaycanın Gürcüstanı dəstəkləməsini yüksək qiymətləndiririk”

"Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri unikal xarakter daşıyır və əminəm ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq”.


APA-nın xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.


"Ölkələr arasında tərəfdaşlıq əlaqələri ildən-ilə genişlənir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da dəstəklənir.




Həmçinin, son BMT Baş Assambleyasının (BA) iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsi bizim üçün çox mühümdür və bunu yüksək qiymətləndiririk”, - deyə Gürcüstan XİN başçısı vurğulayıb.


"Report” isə xəbər verir ki, D.Zalkaliani azərbaycanlı həmkarının onu Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məlumatlandırdığını qeyd edib:


"Gürcüstan münaqişənin beynəlxalq ictimaiyyətin dəstəyi ilə həllinin tərəfdarıdır”.

Xəbər lenti