Xəzər Xəbər

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Gündəm | 11:16 • 24 Sentyabr 2020
Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana ilk rəsmi səfəri başlayıb.


Hazırda nazir Gürcüstanın Xarici İşlər Nazirliyində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüş keçirir.


Görüşdən sonra XİN başçılarının birgə brifinqi olacaq. 


C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti Salome Zurabişvili, baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.


Nazir Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü və Qəhrəmanlar meydanındakı memorial abidəni də ziyarət edəcək./report

Xəbər lenti