Xəzər Xəbər

Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA

Gündəm | 19:10 • 19 Sentyabr 2020
 Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb  -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 18:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi arabir Naftalanda 24, Tərtər, Xaçmazda 20, Göyçay, Xaçmaz, Bərdədə 18, Mingəçevirdə 17, Şəkidə 15 metr/saniyəyədək güclənib.


Xidmətdən xezerxeber.az-a bildiriblər ki, şimal-qərb küləyinin sürəti Bakıda saniyədə 23, Qum adası, Ələtdə 20, Neft Daşlarında 19, Binədə 17, Pirallahında 15 metr olub.


Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,7 metrə çatıb.

Xəbər lenti