Xəzər Xəbər

Sentyabrda məktəblər açılacaq? Operativ Qərargahdan AÇIQLAMA

Gündəm | 12:23 • 15 Avqust 2020
Sentyabrda məktəblər açılacaq?

"Təhsil müəssisələrinin açılması ilə bağlı konkret vaxt yoxdur”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


"İnsanların ən çox cəmləşdiyi, kütləviliyin olduğu  müəssisələrdən biri məhz təhsil müəssiələridir. Bu müəssisələrin açılması birbaşa olaraq epidemioloji vəziyyətlə bağlıdır. Təhsil İnstitutu tərəfindən burada olan proseslər qiymətləndirilir, imkanlar və resrurslar nəzərə alınır. Məktəblərin açılmasını istəyən valideynlərimizlə yanaşı,  narahatlıq hissi keçirən valideynlərimiz də var. Hər birimizi bu məsələ narahat edir. Uşaqlar evdə qalarkən onların komputer oyunlarına aludəlikləri də yaranır. Bu da uşaqlara müəyyən psixoloji təsirlər edir”.

Xəbər lenti