Xəzər Xəbər

COVID-19-dan əziyyət çəkən muzdlu işçilərlə bağlı siyahılar hazırlanıb

Gündəm | 12:14 • 15 Avqust 2020
COVID-19-dan əziyyət çəkən muzdlu işçilərlə bağlı siyahılar hazırlanıb

Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı 2-ci mərhələdə fərdi və mikro sahibkarlara 250 manat maliyyə dəstəyinin göstyərilməsi hissəsi başa çatıb.


Bunu  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.


Onun sözlərinə görə, bu çərçivədə 49,3 min fərdi və mikro sahibkara 12,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib: "Pandemiyadan əziyyət çəkən sahələrdə çalışan muzdlu işçilərə maliyyə yardımı edilməsi ilə bağlı təhlillər aparılıb və artıq siyahılar hazırlanıb, Maliyyə Nazirliyinə təqdim olunub”.

Xəbər lenti