Xəzər Xəbər

Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı rəsmi açıqlama

Gündəm | 11:44 • 15 Avqust 2020
Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı rəsmi açıqlama

"Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı hərt hansı bir problemimiz qalmır”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


Onun sözlərinə görə, yaxın günlərdə Qazaxıstandan və digər ölkələrdən olan vətəndaşlarımız bərə vasitəsilə ölkəmizə gətiriləcək:


"Onu da qeyd edim ki, müəyyən qrafik əsasında Azərbaycanda olan Rusiya vətəndaşlarının Rusiyaya quru yolla keçidi təmin olunur. Eyni zamanda gələn həftə ərzində də bu meyarlara Rusiyadan vətəndaşlarımızın ölkəmizə keçidi həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyac olmadığı təqdirdə xarici səfərlər etməsinlər”.

Xəbər lenti