Xəzər Xəbər

Bakıda 2 000-dək sərnişin avtobusu fəaliyyət göstərir

Gündəm | 11:32 • 15 Avqust 2020
Bakıda 2 000-dək sərnişin avtobusu fəaliyyət göstərir

"İyulun 6-na qədər Bakı şəhərində 1 900 civarında avtobuslar vətəndaşlarımızın daşınmasını həyata keçirirdi. Bundan sonrakı dövrdə 100 avtobus da əlavə olunub ki, sıxlıq maksimum aradan qaldırılsın”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


O bildirib ki, həmçinin Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı kəndlərindən paytaxta əlavə xətlər verilib.


"Bu xətlərin sayının artırılması və avtobusların sayının artırılması məsələsinə də baxılmaqdadır. Yaxın günlərdə bununla bağlı qərar veriləcək”.

Xəbər lenti