Xəzər Xəbər

Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? SİYAHI + CƏDVƏL

Gündəm | 11:36 • 13 Avqust 2020
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür?

Azərbaycanda 2019-cu ildə ölüm səbəbləri üzrə statistika açıqlanıb.


XəzərXəbər-in rəsmi statistik göstəricilərə istinadən verdiyi məlumata görə, ötən il ölkədə qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar xəstəlikləri) ölənlər daha çox olub.


Dövlət Statistika Komitəsinin bundan əvvəlki məlumatlarında bildirilirdi ki, ötən il ölkədə 55 916 ölüm faktı qeydə alınıb.


Əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə, ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.


2019-cu ildə Azərbaycanda 32 471 nəfər (2018-ci ildə bu rəqəm 33 909 təşkil edib) qan dövranı sistemi xəstəlikləri səbəbindən vəfat edib.


Ölkədə xəstəliklərdən ölümə səbəb olan ikinci amil isə yeni törəmələrlə (onkoloji xəstəliklər) bağlıdır. 2019-cu ildə yeni törəmələrdən ölənlər 8 819 nəfər olub. Bu, 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ildə eyni səbəbdən 8 718 ölüm faktı qeydə alınıb.


Ötən il travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2 789 nəfər ölüb.


Səbəblər üzrə ölümdə həzm sistemi xəstəlikləri dördüncü yerdədir. Bu xəstəliklər Azərbaycanda ötən il 2 687 nəfərin həyatına son qoyub.


Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalardan ölüm halları isə 2018-ci illə müqayisədə çox olub. İki il əvvəl bu hal üzrə 1 598, ötən il isə 1 687 ölüm qeydə alınıb.




Xəbər lenti