Xəzər Xəbər

Sərnişinlərin regionlara gediş-gəlişi necə təşkil olunacaq? — RƏSMİ AÇIQLAMA

Gündəm | 14:20 • 12 Avqust 2020
Sərnişinlərin regionlara gediş-gəlişi necə təşkil olunacaq?

Azərbaycandakı epidemioloji vəziyyətdən asılı olaraq gələn həftədən etibarən respublikanın regionlaırna sərəbəst gediş-gəlişin təmin olunacağı gözlənilir. Bununla bağlı artıq Nazirlər Kabineti yanındaki Operativ Qərargahın üzvləri də bu günlərdə keçirdiyi brifinqlərdə müəyyən mesajlar veriblər. Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bir neçə gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, Azərbaycanda növbəti həftələrdə rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur: 


"Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”.



Əgər bölgələrə gediş-gəliş yaxın vaxtlarda açılacaqsa, o zaman  ilk günlərdə sərnişinlərin daşınmasında müəyyən sıxlıq yarana bilər. Sərnişinlərin daşınmasının təşkili və necə həyata keçiriləcəyi ilə bağlı "Ölkə.Az”a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu barədə indidən nəsə demək tezdir: "Sərnişinlərin daşınması barədə həyata keçiriləcək Tədbrilər Planı haqqında ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın  verəcəsi qərardan sonra mövqeyimizi açıqlaya bilərik. İndiki halda verəcəyimiz açıqlama cəmiyyətdə müəyyən çaşqınlıq yarada bilər.  Görüləcək işlərə gəldikdə isə onu deyə bilərik ki, hər bir dövlət qurumu kimi Dövlət Avtomobil Nəqliyyatı Xidməti də Operativ Qərargahın verdiyi qərarları   layiqincə icra etməkdədir.  Biz də  fəaliyyətimizi Operativ Qərargahın verdiyi qərarlara uyğun həyata keçiririk”.




N.Allahyarova əlavə edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Operativ Qərargahın verəcəyi istənilən  qərarları  yerinə yetirməyə  tam hazır vəziyyətdədir: "Ö cümlədən regionlara gediş-gəlişin açıqlacağı zamanı sərnişinlərin  qısa zamanda mənzilə başına çatdırılmasına da hazırıq. Sadəcə bir daha qeyd edirəm ki, bu Operativ Qərargahın qərarından sonra olacaq. Şəhərlərarası və rayonlararası  daşınmalarla bağlı qərar verilən kimi  görüləcək  Tədbirlər planı dərhal işə düşəcək  və təxirəsalınmadan icra olunacaq”.

Xəbər lenti