Xəzər Xəbər

Əli Əsədov 190 manatla bağlı QƏRAR İMZALADI

Gündəm | 09:19 • 8 Avqust 2020
Əli Əsədov 190 manatla bağlı

Sərtləşdirilmiş karantin rejimi zonasında birdəfəlik ödəmənin həyata keçirilməsi haqda bu gün Baş Nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.


XəzərXəbər-in məlumatına görə, qərarda deyilir:


"Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

Xəbər lenti