Xəzər Xəbər

Sabahın hava proqnozu açıqlanıb

Gündəm | 14:12 • 7 Avqust 2020
Sabahın hava proqnozu açıqlanıb

Avqustun 8-nə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. 


Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  32-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək. 


Abşeron çimərliklərində cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.


8 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 


Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə  isti olacaq. 


Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir. Bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.

Xəbər lenti