Xəzər Xəbər

Əli Əsədov SƏRƏNCAM İMZALADI Livana 1 milyon dollar ayrıldı

Gündəm | 21:00 • 5 Avqust 2020
Əli Əsədov SƏRƏNCAM İMZALADI

Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.


XəzərXəbər xəbər verir ki, sərəncama əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.


Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.


Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Qeyd edək ki, ötən gün Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olub.

Xəbər lenti