Xəzər Xəbər

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

Gündəm | 09:59 • 5 Avqust 2020
XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb.

XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Xəsarət alanların sayı 4 mindən artıqdır.

Xəbər lenti