Xəzər Xəbər

Uşaqların uşaq evinə qəbulu ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR

Gündəm | 09:40 • 5 Avqust 2020
Uşaqların uşaq evinə qəbulu ilə bağlı

Baş nazir Əli Əsədov "Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və "Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərXəbər-ə bildirilib ki, yeni Qərara əsasən nazirlik uşaqların uşaq evinə qəbulu və oranı tərk etməsi, həmçinin uşaq evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış mühiti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti