Xəzər Xəbər

Rayonlara gediş-gəliş məsələsi müzakirə olunur - Prezidentin köməkçisi

Gündəm | 17:26 • 3 Avqust 2020
Rayonlara gediş-gəliş məsələsi müzakirə olunur - Prezidentin köməkçisi

Hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur.


XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.


O qeyd edib ki, regionlarda yolxumaların artacağı nəzərə alınaraq bu məsələyə yenidən baxılacaq.


Prezidentin köməkçisi əlavə edib ki, Bakı-İstanbul reyslərinin artırılması gözlənilir: "Yalnız yenə də zəruri hallar istisna olmaqla, vətəndaşlarımızın səfərlərdən imtina etməsini xahiş edirik. Hazırda xaricdə olan vətəndaşların ölkəyə qayıtması ilə bağlı məhdudiyyət demək olar ki, yoxdur. Gürcüstan və Rusiyadan vətəndaşlarımızın ölkəyə gətirilməsi təşkil olunur".

Xəbər lenti