Xəzər Xəbər

Bakıdan rayonlara gediş-gəliş avqustun 31-dək açılmayacaq

Gündəm | 16:47 • 3 Avqust 2020
Bakıdan rayonlara gediş-gəliş avqustun 31-dək açılmayacaq

Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaların dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) qüvvədə qalır.


XəzərXəbər-in məlumatına görə, bu barədə Nazirlər kabineti yanında Operativ Qərargah qərar qəbul edib.


Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.

Xəbər lenti