Xəzər Xəbər

Həftəsonu avtobuslar işləməyəcək RƏSMİ

Gündəm | 16:42 • 3 Avqust 2020
Həftəsonu avtobuslar işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacağı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında həftəsonu ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılması davam edəcək


8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;


15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;


 

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;


29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

Xəbər lenti