Xəzər Xəbər

Hande Harmancı: Azərbaycanın gördüyü işlər diqqətəlayiqdir

Gündəm | 16:05 • 31 İyul 2020
Hande Harmancı: Azərbaycanın gördüyü işlər diqqətəlayiqdir

"Azərbaycanda çox az zamanda xəstəxanalarda çarpayı sayı artırıldı”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.


O bildirib ki, koronavirusla mübarizə sahəsində Azərbaycanın gördüyü işlər diqqətəlayiqdir: "Bu, çox böyük uğurdur. Laboratoriya sayında da kifayət qədər artım müşahidə edildi. Artan laboratoriyalarda keyfiyyətə nail olunması əsasdır. Hər görülən işin bundan daha yaxşı olması üçün hökumətlə məsləhətləşmələr aparırıq”.

Xəbər lenti