Xəzər Xəbər

ÜST nümayəndəsi Azərbaycana təşəkkür edib

Gündəm | 15:26 • 31 İyul 2020
ÜST nümayəndəsi Azərbaycana təşəkkür edib

"Bu gün səhər Nazirlər Kabinetində görüş keçirmişik”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.


O qeyd edib ki, görüşdə koronavurusla mübarəzidə hökumətə müəyyən tövsiyələr verilib: "Missiyanın hesabatı bir neçə həftədən sonra hazır olacaq. Sözügedən sənəd qiymətləndirmənin ətraflı təsviri, ÜST-ün lazımı məqamda əlavə yardım göstərilməsi ilə bağlı məlumat və tövsiyələrini özündə ehtiva edəcək".

Hande Harmancı deyib ki, Azərbaycan dövləti bütün məlumatları açıq şəkildə ÜST-lə bölüşüb və bölgələrdə işin aparılmasına dəstək olub: "Azərbaycanda yüksək səviyyədə hakimiyyət rəsmilərinin koronavirusla mübairzədə göstərdikləri diqqətə görə təşəkkür edirəm".

H.Harmancı Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərin işinin əvəzedilməz olduğunu bildirib: "Onlar gecə-gündüz, durmadan koronavirusla mübarizə aparırlar, onlar bu müharibənin görünməyən qəhrəmanlarıdırlar".

Xəbər lenti