Xəzər Xəbər

Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə edilib

Gündəm | 12:10 • 28 İyul 2020
Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə edilib

Azərbaycanda hasilat sənayesində şəffaflıq üzrə (HSŞ) hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə olunub.


Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.


Fərmana əsasən, hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə olunub.


Statistika Komitəsinə HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasında HSŞ üzrə hesabatların davamlı toplanılması və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək tapşırılıb.


Aidiyyəti dövlət qurumlarına tapşırılıb, həmçinin Azərbaycan Respublikasında hasilat sənayesi sahəsində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilib ki, HSŞ üzrə hesabatlılığın təmin edilməsi ilə əlaqədar zəruri məlumatları Dövlət Statistika Komitəsinin müəyyən etdiyi formada və müddətdə təqdim etsinlər.


Bundan başqa, "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı ləğv edilib.


Xəbər lenti