Xəzər Xəbər

TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı

Gündəm | 22:01 • 27 İyul 2020
TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 27-nə olan statistik göstəriciləri açıqlayıb.


XəzərXəbər xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6838 test edildiyi bildirilib.


Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 690 386 test aparılıb. Onlardan 30 446-nın cavabı pozitiv çıxıb. İndiyədək 423 nəfər COVID-19-dan dünyasını dəyişib, 23 242 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 6 781 nəfərdir. 315 nəfər reanimasiyada, 69 nəfər süni tənəffüs cihazındadır.


Xatırladaq ki, bu gün Azərbaycanda 396 yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 558 pasiyent sağalıb.

Xəbər lenti