Xəzər Xəbər

Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA

Gündəm | 17:32 • 15 İyul 2020
Qəbələyə dolu düşüb -

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.


Xidmətdən xezerxeber.az-a bildirilib ki, iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.


Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.


Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.


Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

Xəbər lenti