Xəzər Xəbər

Vilayət Eyvazov rəis təyin etdi

Gündəm | 11:22 • 13 İyul 2020
Vilayət Eyvazov rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.


Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.



Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.(Report)

Xəbər lenti