Xəzər Xəbər

Bu ilin üçüncü Ay tutulması sona çatıb

Gündəm | 09:55 • 5 İyul 2020
Bu ilin üçüncü Ay tutulması sona çatıb

Bu ilin üçüncü yarımkölgəli Ay tutulması hadisəsi saat 05:52-də (Bakı vaxtı ilə saat 09:52) sona çatıb.


AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xezerxeber.az-a verilən məlumata görə, tutulma maksimumu saat 04:31-də (Bakı vaxtı ilə 08:31) müşahidə olunub.


Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünüb.


Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.

Xəbər lenti