Xəzər Xəbər

Hələ ki, süni tənəffüs aparatında... Bəhram Bağırzadənin SON DURUMU

Gündəm | 10:43 • 4 İyul 2020
Hələ ki, süni tənəffüs aparatında...

"Şükür hər şey yaxşıdır. Hər gün klinik vəziyyətində müsbət dinamika davam edir. Hələ ki, trakeostoma vasitəsi ilə süni tənəffüs aparatında nəfəs alır. Bu arada ağciyər və bədənin reabilitasiyasına başlanılıb. Müalicə həkimləri və hamımız süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik".


XəzərXəbər xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi"nin rəisi Rəşad Mahmudov deyib.


Həkim daha sonra birinci xanım Mehriban Əliyevaya təşəkkür edib:


"Fürsətdən istifadə edib bu çətin günlərdə gərgin iş fəaliyyətinə baxmadan Bəhram Bağırzadənin timsalında xəstəxanamızda müalicə alan yüzlərcə xəstələrin müalicəsinin təşkilini daim diqqətdə saxlayan Mehriban xanıma xəstələrimiz və xəstəxana çalışanları adından sonsuz təşəkkür edirik".

Xəbər lenti