Xəzər Xəbər

Bu şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır

Gündəm | 20:42 • 2 İyul 2020
 Bu şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.


Xezerxeber.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb.


Məlumata əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:


4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;


11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;


18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Xəbər lenti