Xəzər Xəbər

ÜST: Peyvənd hazır olmayana qədər koronavirus təhlükəsi qalacaq

Gündəm | 17:59 • 4 İyun 2020
ÜST: Peyvənd hazır olmayana qədər koronavirus təhlükəsi qalacaq

"Bugünkü karantinin nəticəsi 10-14 gün sonra ortaya çıxacaq”.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.


O bildirib ki, apreldən 27-dən ölkə karantin rejiminin yumşaldılmasına başlanılıb: "27 apreldən 12 gün sonra 25 civarında olan yoluxma 100-ə çıxdı. Bu gün isə artıq 200-dən çox yoluxma var. Yoluxmalar artan zaman dövlətlər yenidən sərt tədbirlər görmək məcburiyyətində qalırlar. Azərbaycanda da bu addımları atırlar. Ölkələr məhdudiyyətləri aradan qaldırdıqda yoluxmalar da artır”.


H. Harmancı qeyd edib ki, dünya virusla mübarizənin birinci mərhələsindədir: "Unutmayın ki, peyvənd hazır olmayana və əsaslı müalicə üsulu tətbiq edilməyənə qədər bu virus bizimlə hələ uzun müddət birlikdə olacaqdır. Hazırda bir çox ölkə virusa qarşı peyvənd hazırlamaq üçün cəhdlər göstərir. Ona görə də, ikinci dalğanın yaranmaması üçün hər birimiz bu virusa qarşı çox ciddi davranmalı, məhsuliyyətli yanaşma göstərməliyik".

Xəbər lenti