Xəzər Xəbər

TƏBİB: Şəxsin COVID-19-dan öldüyünü qeyd etmək təklifi barədə məlumatlar tamamilə əsassızdır

Gündəm | 17:34 • 4 İyun 2020
TƏBİB: Şəxsin COVID-19-dan öldüyünü qeyd etmək təklifi barədə məlumatlar tamamilə əsassızdır
"Sosial şəbəkələrdə bəzi şayiələr yayılır. Guya hər hansı ölmüş şəxsə təcili tibbi yardım xidmətindən onların COVID-19-dan ölməsi barədə təklif verilir. Bu, tamamilə əsassızdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


O deyib ki, bu məlumat müvafiq qurumlar tərəfindən araşdırılıb:"COVID-19 diaqnozunun qoyulması üçün müvafiq elektron sistem var, bura müdaxilə mümkün deyil ”.

Xəbər lenti