Xəzər Xəbər

Həftəsonu evdən çıxmaq istəyənlərin NƏZƏRİNƏ: Belə icazə alacaqsınız

Gündəm | 14:48 • 4 İyun 2020
Həftəsonu evdən çıxmaq istəyənlərin NƏZƏRİNƏ:

Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib.

XəzərXəbər xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Xəbər lenti