Xəzər Xəbər

Sərt karantin rejimi bu bölgələrdə də tətbiq ediləcək BAŞ NAZİR açıqladı

Gündəm | 14:27 • 4 İyun 2020
Sərt karantin rejimi bu bölgələrdə də tətbiq ediləcək

Xəstəliyin yoluxma hallarının digər şəhər və bölgələrdə artacağı halda, həmin bölgələrdə də sərt krantin rejimi tətbiq ediləcək

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciətində deyib.

Baş nazir bildirib ki, qərarın icrasına nəzarət Daxili İşlər Nazirliyinə tapşırılıb.

Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Xəbər lenti