Xəzər Xəbər

Deputatdan TƏKLİF: “Avtomobillər üçün verilən etibarnamə ləğv edilsin”

Gündəm | 12:42 • 1 İyun 2020
Deputatdan TƏKLİF:

"Dünya praktikasında avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Azərbaycanda da avtomobilin idarəsi üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir”.

Milli Məclisin iclasında deputat Azər Badamov belə təkliflə çıxış edib.

O bildirib ki, Azərbaycanda vətəndaş yaxın qohumunun avtomobilini etibarnamə olmadan idarə edə bilmir.

"Bu haldaqanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. SSRİ-dən qalma məsələ olan etibarnamə bu gün aktuallığını itirib. Çünki avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür”, - deyə A.Badamov əlavə edib.

Xəbər lenti