Xəzər Xəbər

Təhsilhaqqını ödəyə bilməyən tələbələrin nəzərinə: Maliyyə yardımı üçün bura müraciət edin

Gündəm | 11:06 • 27 May 2020
Təhsilhaqqını ödəyə bilməyən tələbələrin nəzərinə:
Nazirlər Kabineti pandemiyadan əksər insanların zərər çəkməsini nəzərə alaraq, "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edib. 20 mindən artıq tələbəni əhatə edən qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bu məqsədlə //e-telebe.edu.az portalı da istifadəyə verilib.

Hazırda əksər tələbələri maraqlandıran isə qərarın kimlərə şamil edilməsi və müraciət qaydaları ilə bağlıdır.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani oxuyanları da əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir. Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək.

Qərar hansı tələbələrə aid edilir?

Qərara görə, həssas qrupdan olan tələbələr dedikdə aşağıdakı kriteriyalara cavab verən və Azərbaycan universitetlərində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisastəhsili istisna olmaqla) tələbələr nəzərdə tutulur. Onların 2020-ci ildə tədris semestrləri(yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabınaödənilir:

*Ünvanlı dövlət sosial yardımı alanlar;
*Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və yaqanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
-I və II dərəcə əlilliyi olan şəxslər;
-İşsiz kimi qeydiyyatda olanlar;
-Yaşa görə əmək pensiyaçıları;
-Yaşa görə sosial müavinət alanlar.

Necə müraciət etməli?

Sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsili, ailə üzvləri haqqında və digər zəruri məlumatları əlavə etməlidirlər.

Qeydiyyat üçün giriş interfeysində olan qeydiyyat düyməsini seçmək lazımdır. Bu məqsədlə fərdiidentifikasiya nömrəsi (FİN), şəxsiyyət vəsiqəsinin nömrəsi, hazırda istifadə edilən mobil telefonnömrəsi və "captcha” üzərində qeyd edilmiş məlumatı daxil etmək tələb olunur. Qeydiyyatdan keçərkən qeyd edilən telefon nömrəsinə 5 rəqəmli təsdiq kodu göndərilir.

Nömrəyə göndərilən kodu yazıb İRƏLİ düyməsini seçdikdən sonra açılan pəncərədə şifrə və təkrarşifrə daxil edilib təsdiqlənməlidir. Daxil ediləcək şifrə 8-16 simvol aralığında olmalı və daxilində ən azı bir böyük hərf olmalıdır.

Müraciətin göndərilməsi prosesi 4 bölmədən ibarətdir.

Şəxs barədə ətraflı məlumat "Giriş-çıxış və qeydiyyat" avtomatlaşdırılmış məlumat-axtarışsistemindən FİN əsasında sorğu edilərək alınır. Növbəti Təhsil məlumatları bölməsinə keçid üçün pəncərənin aşağı sağ küncündə olan İRƏLİ düyməsi seçilməlidir.

Təhsil məlumatları bölməsində şəxsin ən sonuncu qəbul olduğu ilə uyğun təhsil məlumatlarıgöstərilir. Şəxsin sonuncu qəbulu ali və orta-ixtisas təhsili olduqda Dövlət İmtahan mərkəzininin Tələbə-məzun dövlət elektron məlumat sistemindən, Peşə ixtisası olduqda isə Təhsil Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemindən çəkilmiş məlumatlar Təhsil məlumatları bölməsində əks olunur. Sistemdən tərəfindən avtomatik daxil edilən məlumatları istifadəçi düzgün hesab etdikdə "Məlumatlarla razısınız?” seçimində "Bəli” seçir, əks halda isə "Xeyr".

Növbəti Ailə üzvləri bölməsinə keçid üçün pəncərənin aşağı sağ küncündə olanİRƏLİ düyməsi seçilməlidir.

Burada qeydiyyatdan keçən şəxsin valideynləri, evli olan şəxsin isə həyat yoldaşı barədə sorğuedilərək alınmış informasiya Ailə üzvləri bölməsində qeyd edilir. Valideyn himayəsindən məhrumolmuş tələbələr himayəçi haqqında olan məlumatları sistəmə daxil etməlidirlər.

Növbəti Digər zəruri məlumatlar bölməsinə keçid üçün pəncərənin aşağı sağküncündə olan İRƏLİ düyməsi seçilməlidir. Bu sonuncu bölmədir, istifadəçi qeyd edilən məlumatları mütləq şəkildə sistemə daxil etməlidir. Məlumatlar daxil edildikdən sonra yadda saxlanılmalıdır.

Yadda saxladıqdan sonra Müraciəti göndər düyməsi aktiv vəziyyətə gəlir. Müraciət göndərdüyməsi seçildikdə daxil edilmiş məlumatlar barəsində icmal Bildiriş forması ekrana çıxır. İstifadəçi məlumatları doğru hesab etdiyi təqdirdə Məlumatların doğrululuğu ilə razıyamı seçib İRƏLİ düyməsini sıxmalıdır. Ekrana sonuncu xəbərdarlıq ismarıcı çıxacaq.

Xəbərdarlığa BƏLİ seçildikdə müraciətin qəbul olması barədə bildiriş forması çıxır və bununla damüraciət prosesi yekunlaşmış olur.

Qeydiyyatını tamamlamış hər tələbə portalda hesabına daxil olub öz müraciətini izləyə, müraciətin izlənilməsi bölməsinə daxil olaraq müraciətinin cari vəziyyətinə baxa bilər.

Müraciətin statusuyla bağlı yeniliklər bu bölmədə öz əksini tapacaq.Ted.az

Xəbər lenti