Xəzər Xəbər

Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər RƏSMİ AÇIQLAMA

Gündəm | 18:36 • 8 Aprel 2020
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər

Karantin rejiminin uzadılması hadisələrin inkişafından asılıdır.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib: "Qərar vətəndaşların qaydalara riayətinə əsasən qəbul olunacaq. Karantin rejimi nəinki uzadıla bilər, qaydalar daha da sərtləşdirilə bilər. Statistika göstərir ki, vətəndaşlar buna əməl etmirlər. Karantin rejimini pozanlar arasında jurnalist vəsiqələri ilə dolaşanlar yer alır. Bugünkü statistika qərarların sərtləşdirilməsini tələb edir. Qaydalara əməl olunsa, sağalmanın sürəti artar, yoluxma halları azalar. Bu gün yüksək keyfiyyətli testlər alınıb".

O bildirib ki, müayinələr sürətləndirilib və yoluxmanın qarşısını almaq halları gücləndirilib.

Xəbər lenti