Xəzər Xəbər

Sabah deputatların bir qismi hökumətin hesabatını dinləyə bilməyəcək

Gündəm | 13:05 • 8 Aprel 2020
Sabah deputatların bir qismi hökumətin hesabatını dinləyə bilməyəcək

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında yaşı 65-i keçən deputatların əksəriyyəti iştirak etməyəcək.

Bu, Azərbaycanda koronavirusla əlaqədar tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədardır.

Deputatlardan Vahid Əhmədov, Eldar İbrahimov, Fəzail Ağamalı, Əli Məsimli, Tahir Rzayev, Ziyad Səmədzadə və digərləri parlamentin iclasına qatılmayacaq.

İclasa qatılmayacaq deputatların öz təkliflərini yazılı şəkildə Milli Məclisə təqdim edəcəyi gözlənilir.

Bildirək ki, parlamentdə yaşı 65 və yuxarı olan deputatlarınsayı 27-dir.

Qeyd edək ki, parlamentin sabahkı iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.

Xəbər lenti