Xəzər Xəbər

Azərbaycan istehsalı olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı

Gündəm | 14:32 • 7 Aprel 2020
Azərbaycan istehsalı olan maskaların satışa çıxarılacağı

Yerli maskalar artıq bir həftə sonra apteklərə satışa çıxarılacaq.

Bunu "Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, istehsal prosesində artıq son quraşdırma işləri aparılır:

"Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisənin ilk 15 gün ərzindəki fəaliyyəti ilə maska tələbatının gündəlik 30-40 faizinin ödənilməsi nəzərdə tutulur". (trend)

Xəbər lenti