Xəzər Xəbər

İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”

Gündəm | 09:22 • 4 Aprel 2020
İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”

"Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşlarımağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”.

Bunu Real TV-nin efirindəNazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər:

"İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”.

Xəbər lenti