Xəzər Xəbər

Ötən il 238 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb

Gündəm | 16:50 • 2 Aprel 2020
Ötən il 238 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb

2019-cu ildə 238 xarici ölkə vətəndaşının adı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiklərinə görə "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib.

Xezerxeber.az--ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2019-cu illər ərzində 54 şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

Xəbər lenti